REGİONLAR


Müəllim və şagirdlər oxunması zəruri olan kitabları müzakirə ediblər

Naxçıvan, 16 iyul, AZƏRTAC

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şəhər ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagirdlərinin iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” və Cəlil Məmmədquluzadənin “Hekayələr” əsərlərinin müzakirəsi olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən muxtar respublikanın Təhsil nazirinin müavini Heyran Əhmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il tarixli 28 avqust Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan kitabların əhəmiyyətindən danışıb. Bildirib ki, siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilib. Bunun müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, mütaliə insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün düzgün formalaşmasında, nitq qabiliyyətinin inkişaf etməsində böyük əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaranmasında böyük rol oynayır. Bu mənada oxunması zəruri olan kitabların müzakirəsinin keçirilməsi şagirdlərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək. Həmçinin bu, şagirdlərin tətil günlərini daha səmərəli keçirmələrinə şərait yaradır.

Sonra “Məktəb hekayələri” və “Hekayələr” əsərlərinin müzakirəsi olub, həmin əsərlərlə bağlı şagird və müəllimlərin fikirləri dinlənilib, şagirdlər əsərlər haqqında esselər yazıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.