CƏMİYYƏT
Müəllim və şagirdlər zəlzələ zamanı davranış qaydaları barədə məlumatlandırılıb
Bakı, 8 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi fevralın 8-də Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC bildiriblər ki, məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlığından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları və s. mövzularda biliklərin aşılanması olub.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları, məişətdə yanğın, dəm qazı təhlükəsi” və “112 qaynar xətti” mövzularında çıxışlar olub, videoçarxlar nümayiş etdirilib.
Sonda suallar cavablandırılıb və iştirakçılara təhlükəsizlik qaydaları ilə bağlı kitabçalar paylanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]