ELM VƏ TƏHSİL


“Müəllimim Qoşqar Əhmədov” kitabı çapdan çıxıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun “Müəllimim Qoşqar Əhmədov” kitabı çapdan çıxıb.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, çoxlu arxiv materialları əsasında tərtib olunan kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, AMEA-nın müxbir üzvü Qoşqar Əhmədovun həyat və elmi yaradıcılığına həsr olunub. Nəşrdə alimin səmərəli elmi və pedaqoji fəaliyyətindən, riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən söhbət açılır.

“Müəllimim Qoşqar Əhmədov” kitabı Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin müəllimləri, eləcə də ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul olanlar üçün faydalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.