ELM VƏ TƏHSİL


Müəllimlər Azərbaycan dili və ədəbiyyat fənni üzrə çərçivə sənədi barədə məlumatlandırılıb

Bakı, 23 iyun, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənni üzrə seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda müvafiq fənn üzrə çərçivə sənədi ilə bağlı izahat verilib. Müəllimlərin işə qəbulu imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə və imtahana salınacaq fənn yönümlü metodika sualları ilə bağlı iştirakçılar məlumatlandırılıb.

Eyni zamanda, əvvəlki illərdə imtahanlarda istifadə olunan suallardan nümunələr təqdim edilib və bu nümunələr əsasında həmin sualların hansı bilik və bacarıqların ölçülməsinə əsaslandığı diqqətə çatdırılıb. Seminarda Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin rəhbəri Nəzakət Mehdiyeva, Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov və 299 saylı məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva çıxış ediblər.

Seminar iştirakçılarının sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu imtahanına və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.