REGİONLAR


“Müəllimlər” komandası hərbi-idman oyununun qalibi olub

Naxçıvan, 25 may, AZƏRTAC

Naxçıvan Atıcılıq Mərkəzi və “N” saylı hərbi hissənin idman şəhərciyində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında hərbi-idman oyunu keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu və Naxçıvan Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 84 tələbə qatılıb.

Hərbi-idman oyunu patronun darağa doldurulması, avtomatın natamam sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq (100 metr məsafəyə qaçış, turnikdə dartınma), maneələrin dəf olunması və peyntbol mərhələlərindən ibarət olub.

Naxçıvan Müəllimlər İnstitutunun “Müəllimlər” komandası 19 xal yığaraq oyunun qalibi adına layiq görülüb. Naxçıvan Dövlət Universitetinin “Qələbə” komandası yarım xallıq fərqlə ikinci, aktivində 17,5 xal olan Naxçıvan Tibb Kollecinin “Şəfa” komandası isə üçüncü sırada qərarlaşıb.

Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif ediliblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.