ELM VƏ TƏHSİL
Müəllimlər üçün metodik vəsaitlər hazırlanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən müəllimlər üçün metodik vəsaitlər hazırlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, metodik vəsaitlər “Məktəbə hazırlaşırıq” tədris resursunun, I və II sinif Azərbaycan dili tədris dili, Azərbaycan dili dövlət dili və riyaziyyat dərsliklərinin tədris prosesində istifadəsi zamanı müəllimlər üçün bələdçi rolunu oynayacaq.
Metodik vəsaitlər, həmçinin I və II sinif ingilis dili (Happy Campers) dərslik komplektlərinə daxil olan metodik vəsaitlər və audiofayllar institutun saytında təqdim olunub. Audiofayllardan müəllimlər dərs zamanı, şagirdlər isə ev tapşırığı hazırlığında istifadə bilərlər.