ELM VƏ TƏHSİL


Müəllimlər üçün təkrar onlayn müsahibələrə başlanılır

Bakı, 3 iyul, AZƏRTAC

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə mayın 4-dən 20-dək keçirilmiş onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün növbəti həftə təkrar onlayn müsahibələr təşkil olunacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn müsahibələrin təşkilinə dair qərar ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədardır.

İyulun 6-dan etibarən sözügedən kateqoriyaya aid olan namizədlərin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiq etmələri barədə məlumat yerləşdiriləcək. Namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin iyulun 8-i saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.

Namizədlər müsahibədə iştiraklarını təsdiq etmədikləri halda bu, imtina kimi qəbul ediləcək və onların ötən tədris ilində müddətli əmək müqaviləsi ilə çalışdıqları müəssisədəki dərs yükü müəllimlərin növbəti işə qəbulu müsabiqəsi zamanı vakansiya kimi elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.