ELM VƏ TƏHSİL


Müəllimlərin XV qurultayının təşkilində tələbə-könüllülər fəallıq göstəriblər

Bakı, 29 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının 70-dək könüllüsü Azərbaycan müəllimlərinin XV qurultayının işinə dəstək verib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, yerləşdirilməsi, qeydiyyatın aparılması, təltifetmə mərasimi, həmçinin panel müzakirələri zamanı olan işlərin təşkilinə kömək ediblər.

Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-dək, ali təhsil müəssisələrindən 200-dən artıq nümayəndə iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov tədbirin təşkilindəki uğurlu fəaliyyətlərinə görə tələbə-könüllülərə təşəkkür edərək, onların əməyini yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.