ELM VƏ TƏHSİL


Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Bakı, 16 may, AZƏRTAC

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə mayın 18-də start veriləcək.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem mayın 23-ü saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.