ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbul müsabiqəsinin qiymətləndirmə çərçivəsini izah edən videolar hazırlanıb

Bakı, 18 may, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 20 fənn, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası daha öncə təqdim olunub.

Təhsil İnstitutu tərəfindən hazırlanan videolarda isə 20 fənn, metodika və pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmunu şərh olunur, sual nümunələri təqdim edilir, eyni zamanda, həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verilir.

Qeyd edək ki, sözügedən videolar müzakirəyə açıqdır. Müəllimlər və müəllimliyə namizədlər tərəfindən veriləcək rəy və tövsiyələr müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq prosesi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına dəstək göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.