ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu ilə bağlı sual nümunələri ictimaiyyətə təqdim olunur

Bakı, 11 may, AZƏRTAC

Təhsil İnstitutu (ARTİ) müəllimlərin işə qəbulu üzrə ötən illərdə keçirilmiş imtahanlara dair sual nümunələrini ictimaiyyətə təqdim etməyə başlayıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd müəllim olmaq istəyən və işə qəbul üzrə imtahana hazırlaşan namizədlərə dəstək olmaq, onların hazırlığına istiqamət verməkdən ibarətdir. Fənlər üzrə sual nümunələri Təhsil İnstitutunun rəsmi internet saytı və feysbuk səhifəsi üzərindən paylaşılır.

Riyaziyyat, kimya və fizika fənləri üzrə sual nümunələri müvafiq səhifələrdə artıq yerləşdirilib. Növbəti günlərdə digər fənlər üzrə sual nümunələrinin paylaşımı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.