ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu imtahanlarında 40 minə yaxın namizəd iştirak edib

Bakı, 8 sentyabr, AZƏRTAC 

Müəllimlərin işə qəbulu imtahanlarında 40 minə yaxın namizəd iştirak edib.

AZƏRTAC xəbər verir ki, bunu canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları tam fərqli formatda həyata keçirilib. Pandemiya şəraitində imtahanları təkcə bir məkanda - Bakı şəhərində yox, ölkənin müxtəlif regionlarını əhatə etməklə 17 şəhər və rayon olmaqla 32 mərkəzdə təşkil edilib.

“Bu gün imtahanların sonuncu günüdür. Bütün fənlər üzrə imtahanlarda iştirak edən namizədlər olub. Əvvəlki illərdən fərqli olaraq imtahanı başa çatdıran namizədlər şəxsi səhifələrindən ötən həftədən başlayaraq elektron formada apelyasiya müraciəti etmək imkanına malik olublar. Apelyasiya mərhələsi başa çatandan sonra namizədlər bu gün saat 14:00-dan başlayaraq vakansiya seçiminə başlayıblar. Onlara elektron qaydada 8 vakant yer seçmək imkanı yaradılacaq. Bu mərhələnin sonunda uyğun namizədlər vakant yerlərə elektron qaydada yerləşdiriləcəklər. Burada ilkin olaraq namizədlərin nəticələri və seçim ardıcıllığı nəzərə alınacaq”, - deyə E.Bağırov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.