ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimai rəy öyrənilib

Bakı, 28 aprel, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdirilməsi məqsədilə sorğu keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ictimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib. Həmçinin müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.