ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron qeydiyyat mərhələsinin nəticələri elan olunub

Bakı, 4 iyul, AZƏRTAC

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin qəbulu mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə AZƏRTAC-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, test imtahanının qrafiki ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.