ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə imtahanlar davam edir
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu gün ibtidai sinif və riyaziyyat fənni üzrə imtahanlar keçirilir. İbtidai sinif üzrə 2353, riyaziyyat fənni üzrə isə 826 nəfər imtahanlara dəvət olunub.
Qeyd edək ki, bu gün ibtidai sinif üzrə imtahanların sonuncu günüdür.