ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələr yekunlaşıb

Bakı, 22 fevral, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə fevralın 5-dən başlayan növbəti onlayn müsahibələr başa çatıb.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 min 948 namizəd dəvət olunub. “Microsoft Teams” proqramı üzərindən keçirilən müsahibələrdə 2 min 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.