ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib

Bakı, 26 aprel, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə aprelin 21-22-də keçirilən onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

Qeyd edək ki, aprelin 27-28-də onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.