ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbulu davam edir

Bakı, 14 aprel, AZƏRTAC

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbulu prosesi davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Elektron sənəd qəbulu aprelin 14-ü saat 23:59-dək davam edəcək. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.