ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Namizədlər dekabrın 4-dən onlayn müsahibələrdə iştirak etmək üçün şəxsi səhifələrində təlimatla tanış ola bilərlər. Dekabrın 6-sı saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.