ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 21-də 2020-2021-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndərilib.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.