ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb
Bakı, 23 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil olunub. Ümumilikdə 7 iş gününü əhatə edən imtahanlarda 44 min 363 nəfər namizəd iştirak edib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 11 nəfərin nəticəsi imtahan qaydalarını pozduğu üçün ləğv olunub.
Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]