ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılıb.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər sentyabrın 20-si saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.