ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir

Bakı, 9 iyun, AZƏRTAC

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Namizədlər iyunun 11-i saat 23:59-dək “miq.edu.az” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günədək ümumilikdə 43 min 26 nəfər elektron qeydiyyatdan keçib, onlardan 40 min 167 nəfəri qeydiyyatını tamamlayıb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

- Çağrı Mərkəzi, “146-1” nömrəsi (həftənin iş günləri və saatları);

- (+994) 51 206 78 48 vatsap nömrəsi (həftənin iş günləri və saatları);

- İnsan Resursları Mərkəzi: Tel: (+994) 12 430 52 78 E-mail: [email protected] .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.