ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 564 namizəd uğur qazanıb.

Müəllim adını qazanmış şəxslər oktyabrın 17-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.