ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqədə şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlanıb

Bakı, 30 iyul, AZƏRTAC

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi başlanıb.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər iyulun 30-u saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.