ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başlayır

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. Namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olması zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.