ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi şəhər və rayonlar müəyyənləşdirilib
Bakı, 16 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin hansı rayonlar üzrə keçirilməsi artıq məlumdur. Təxmini olaraq 17 şəhər və rayonda 29 mərkəz müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə bağlı canlı yayımda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, bu rəqəmlərin dəyişmə ehtimalı var. Çünki həmin rayonlarda nəqliyyat, təchizat, namizədlərin imtahana gediş-gəliş məsələsi ilə bağlı araşdırma aparılır. Test imtahanının keçirilməsinə bir neçə gün qalmış, yəni qeydiyyat başa çatandan sonra namizədlərin şəxsi kabinetinə yerlərlə bağlı ətraflı məlumat göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]