ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrə 5 min 298 nəfər dəvət edilib.

Bu gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

Avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.