ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr davam edir
Bakı, 16 fevral, AZƏRTAC
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 5-dən etibarən start verilən müsahibələrdə bugünədək 2 min 307 nəfər iştirak edib.
Fevralın 18-də yekunlaşdırılması nəzərdə tutulan müsahibə prosesində indiyədək olan iştirak nisbəti 98,9 faizdir. Müsahibə mərhələsinə ümumilikdə 2 min 948 nəfər dəvət olunub.
“Microsoft Teams” platforması üzərindən keçirilən müsahibələrdə müsahibə komissiyası kimi yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlar iştirak edirlər.