ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır

Bakı, 8 avqust, AZƏRTAC 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatıb.

AZƏRTAC xəbər verir ki, namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçiblər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlayıblar.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.

Qeyd edək ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçiblər. Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.