DÜNYA


Müəmmar Qəddafinin oğlu Liviyaya qayıdacağını bəyan edib

Qahirə, 31 iyul, AZƏRTAC

Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adı ilə baş vermiş üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam “Nyu-York Tayms” nəşrinə müsahibəsində tezliklə öz ölkəsinə qayıdacağını və siyasətlə məşğul olacağını deyib.

AZƏRTAC xəbər verir ki, 10 ilə yaxın gizlənən Sef əl-İslam Qəddafi amerikalı jurnalist Robert Uorta müsahibəsində əsirlikdə olduğu vaxt başına gələnlərdən danışıb. O bildirib ki, üsyançılar onu edam etmək istəyiblər, lakin müəyyən vaxtdan sonra bu fikirdən vaz keçiblər. Uzun illər boyu üzə çıxmamasının səbəbini izah edən oğul Qəddafi əlavə edib ki, hazırda liviyalılar inqilab illüziyasından ayılıblar və bunun şahidi olmaq üçün səbirlə gözləyib.

London Kollecinin məzunu olan Seyf əl-İslam, həm də atasının varisi idi və Qərb siyasətçiləri arasında dostları da vardı. O, 2012-ci ilədək Liviyanın Zintan həbsxanasında saxlanılıb və naməlum şəxslər tərəfindən qaçırıldıqdan sonra indiyədək bilinməyən yerdə gizlənib. Seyf əl-İslam atasının tərəfdarlarından ibarət “Yaşıl hərəkat” adlı təşkilatın yenidən Liviyanın bütövlüyünü bərpa edəcəyinə inanır. “Nyu-York Tayms” yazır ki, Liviyadakı son seçkilərdə bu hərəkatın da üzvləri iştirak ediblər. Qəzetin iddia etdiyinə görə, hazırda liviyalıların 57 faizi Seyf əl-İslamın ölkəyə rəhbərlik etməsini istəyir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.