İQTİSADİYYAT


Müəssisə xammal və material sərfi normaları barədə vergi orqanına məlumat forması təqdim etməlidirmi?

Bakı, 3 iyul, AZƏRTAC

Əkin materialları (ağac, kol, gül) alıb-satan müəssisə həm də öz yetişdirdiyi güllərin satışı ilə məşğul olur. Müəssisə özü tərəfindən yetişdirilmiş güllər üçün istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə vergi orqanına məlumat forması təqdim etməlidirmi?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 16.1.4-2-ci maddəsinə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.

Buna əsasən, müəssisənin mikro və ya kiçik sahibkarlıq subyekti hesab olunduğu hallar istisna olmaqla, güllərin yetişdirilməsi fəaliyyəti üzrə istehsal edilən məhsulun vahidinə tələb olunan faktiki istifadə olunmuş xammal və material sərfi normaları barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 29 mart 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Məlumat Forması vergi orqanına təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.