MƏDƏNİYYƏT


Muğam Mərkəzində “Orta mahur”  və “Rahab” muğamları səslənəcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin növbəti konserti noyabrın 1-də gerçəkləşəcək.

AZƏRTAC xəbər verir ki, konsert “Orta mahur” və “Rahab” muğamlarına həsr ediləcək.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiətilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 15-də “Bayatı-Qacar” və “Şahnaz” muğamlarına həsr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.