MƏDƏNİYYƏT


Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı təqdim olunacaq

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov və xanəndə Gülnar Fərəcovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə muğam və təsniflərlə yanaşı, fransız musiqisi də səsləndiriləcək. Bu barədə AZƏRTAC-a konsertin təşkilatçısı olan xanəndə Qoçaq Əsgərov məlumat verib.

Onun sözlərinə görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə keçiriləcək. Konsertdə ifaçıları kamançada Elnur Mikayılov, tarda İbrahim Babayev, pianoda Vasif Hüseynzadə, davulda Yusif Əzizov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

Bununla yanaşı, konsertdə fransalı musiqiçilər Julen Achiary, Nicolas Nageotte, Jordi Cassagne, Bastien Fontanille və Julie Lobatoda da iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.