Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi olub VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı -2020”nin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid jurnalistlər - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışova həsr olunmuş videoçarx nümayiş olunub.

Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan öz qədim tarixi ərzində heç vaxt görünməmiş bir yüksəliş yaşayır: “Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində qazanılmış uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycanın böyük Zəfəri bütün türk dünyası üçün önəm daşıyır.

Son 32 il ərzində Qarabağ ətrafında baş verən hadisələrin məntiqi nəticəsi - 27 sentyabr tarixindən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi oldu. Azərbaycanın Qələbəsi ilə nəticələnən döyüş əməliyyatları 10 noyabr tarixində üçtərəfli razılaşmanın imzalanması ilə öz layiqli sonluğunu tapdı. Prezident İlham Əliyevin dediyi kimi, bu savaş xalqımız üçün Vətən müharibəsi idi. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi”.

Vətən müharibəsi günlərində və sonrakı dövrdə müharibə həqiqətlərini yerli və dünya ictimaiyyətinə operativ çatdıran jurnalistlərimizin son dərəcə böyük peşəkarlıq göstərdiyini söyləyən nazir deyib: “Cəbhə bölgəsinə ezam olunmuş öz peşə fəaliyyətlərini milli vətənpərvər ruhda fədakarlıqla yerinə yetirən KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlərlə yanaşı, bu haqq savaşında xüsusi fədakarlıq göstərmiş və müharibə həqiqətlərini dünyaya çatdırmaqda bizə yardımçı olan xarici media təmsilçilərinin də fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Fürsətdən istifadə edib bütün türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm. Builki media mükafatını Qarabağ savaşına həsr etdiyi üçün TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinova minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf Rza Deqati və jurnalist Fulya Öztürkü salamlayıram.

Cəbhə bölgəsinə ezam olunmuş yerli və xarici jurnalistlər üzərilərinə düşən işin öhdəsindən layiqincə gələ bildilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər. Həyatlarını riskə atmaqdan çəkinmədilər.

İşğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular. Bu, təkcə Azərbaycan jurnalistikasına deyil, dünya mediasına yönəlmiş terror aktıdır”.

A.Kərimov daha sonra mətbuatın inkişafına, eyni zamanda möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib: “Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi”.

Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı qeyd edib ki, türk xalqlarının tarixi zəfərlərlə doludur: “Bu tarixə 2020-ci ildə Azərbaycan daha birini əlavə etdi. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgəri qanları, canları bahasına düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək bu Zəfəri bizə yaşatdı.

Tədbir barədə məlumat verən Bilal Çakıcı, mükafatın TÜRKSOY tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına təqdim edildiyini söyləyib.

Bilal Çakıcı 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim olunacağını vurğulayıb.

O həm TÜRKSOY-un, həm də Azərbaycan dövlətinin birgə səyləri nəticəsində dostluq, qardaşlıq körpülərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

Sonra “TÜRKSOY Media Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə verilib. Həmçinin Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan jurnalistlər də bu mükafata layiq görülüblər. Mükafatçılar sırasında məşhur fotoqraf Rza Deqati və türkiyəli jurnalist Fulya Öztürk də var.

Təltif olunanlar əməklərinə verilən yüksək dəyərə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında “Qarabağ” şikəstəsinin səslənməsi ilə yekunlaşıb.

Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var