MƏDƏNİYYƏT


Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşib. Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri "Vaqifə ithaf" əsərini səsləndirib. Daha sonra respublikanın tanınmış caz ustaları Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, İsfar Sarabski, Mircavad Cəfərov və caz festivallarının laureatları çıxış ediblər.

Caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.