MƏDƏNİYYƏT


Muğam Mərkəzində Yazıçılar Birliyinin üzvü Dünyamalı Kərəmin 100 illik yubileyi qeyd olunub

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edənlər yubilyarın poeziyasından, uzunömürlülüyün sirrindən söhbət açıb, onun gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildiriblər.

Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin aşıqları çıxış ediblər.

Qeyd edək ki, də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.