MƏDƏNİYYƏT


Muğam Mərkəzində fortepiano musiqisi axşamı

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində fortepiano musiqisi axşamı olacaq.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gecədə UNESCO-nun “Sülh artisti”, tanınmış gürcü caz ifaçısı Eliso Bolkvadze pianoda çıxış edəcək.

Konsertdə L.V.Bethoven, F.Şubert, F.Şopen, K.Debüssi, S.Prokofyev və Q.Qarayevin əsərləri səsləndiriləcək.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.