MƏDƏNİYYƏT


Muğam Mərkəzində növbəti konsert görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Prezident İlham Əliyevin Qara Qarayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, vokalçı Mahir Tağızadə Qara Qarayevin əsərlərini səsləndiriblər.

Xatırladaq ki, görkəmli bəstəkarın 100 illiyi respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.