MƏDƏNİYYƏT


Muğam Mərkəzində növbəti konsert violonçel məktəbinin görkəmli nümayəndələrinə həsr olunacaq

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanda violonçel məktəbinin görkəmli nümayəndələri” adlı konsert proqramının təqdimatı olacaq.

AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Konsertdə Xalq artisti Rasim Abdullayev, ifaçılar Ülviyyə Abdullayeva, Anastasiya Mişula, Aliksey Miltıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov və Erol Rzayev iştirak edəcəklər.

Konsert çərçivəsində Avropa bəstəkarlarının əsərlərinə müraciət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.