MƏDƏNİYYƏT


Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçiriləcək

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 4-də Beynəlxalq Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə şair-publisistin yaradıcılığından danışılacaq, sözlərinə yazılmış mahnılar səsləndiriləcək.

Qeyd edək ki, Gülhüseyn Kazımlı “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Onun şeirlərinə Azərbaycanın məşhur bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.