MƏDƏNİYYƏT


Muğam Mərkəzində tanınmış şair Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək

Bakı, 14 may, AZƏRTAC

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azəri AZƏRTAC-a bildirib ki, gecədə şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcək, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri vurğulanacaq.

Yusif Həsənbəy vətənimizi, onun gözəlliklərini tərənnüm edən bəstələrin şeir müəllifidir. Bu minvalla o, demək olar ki, ən müqtədir bəstəkarlarımızla çalışıb. Tədbir çərçivəsində tanınmış və sevilən xanəndələr tərəfindən müəllifin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunacaq. Həmçinin qiraət ustalarının ifasında şairin şeirlərindən nümunələr səslənəcək. Müəllifin iştirakı ilə reallaşacaq tədbirdə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Eldost Bayram, Əməkdar artist Gülüstan Əliyeva və gənc xanəndələr çıxış edəcəklər. İfaçıları AzTV-nin Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək. Gecənin aparıcısı filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.