MƏDƏNİYYƏT


“Muğam axşamları” layihəsi davam edir

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Şur” muğamı təqdim olunacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, muğam dəsgahları içərisində ən sanballı, irihəcmli dəsgahlardan biri sayılan “Şur” muğamı bu dəfə Əməkdar artist Səbuhi İbayev və Muğam televiziya müsabiqəsinin qalibi Səbinə Ərəbli tərəfindən ifa ediləcək.

İfaçılar Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı tərəfindən müşayiət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.