MƏDƏNİYYƏT


“Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları davam edir

Bakı, 12 avqust, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə sevilən gənc xanəndələr qəsəbə sakinlərinin qarşısında maraqlı proqramla çıxış ediblər. Bir-birindən yaddaqalan ifalar tamaşaçılara əsl yay istirahəti yaşadıb. Bu dəfə Binəqədi sakinləri qarşısında tarzən Rövşən Qurbanov və kamança ifaçısı Ceyhun Muradovun müşayiəti ilə xanəndələr Almaxanım Əhmədli, Ayşən Mehdiyeva və Valid Abdullayev çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.