MƏDƏNİYYƏT


“Muğam dünyasına səyahət” layihəsi davam edir

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə həyata keçirdiyi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində reallaşan konsertdə tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlının müşayiəti ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqəsinin qalibləri, xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər ifa ediblər.

Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.

Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.