MƏDƏNİYYƏT
Muğam qanadlarında
Bakı, 8 oktyabr (AZƏRTAC). Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, sarayın təşkilatçılığı ilə keçirilən konsertdə xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, respublika və beynəlxalq muğam müsabiqələrinin laureatları Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Elnur Zeynalov və Gülay Qədirova iştirak ediblər.
Konsertdə “Mahur”, “Şüştər”, “Şahnaz”, “Segah”, “Cahargah”, “Dilkəş”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsnif və muğamları ifa olunub.
Ənənəyə uyğun olaraq konsertə Qarabağ müharibəsi veteranları və beynəlxalq əlillər cəmiyyətlərindən olan əlillər, onların ailə üzvləri, kimsəsiz və əlil uşaqlar dəvət edilib.