MƏDƏNİYYƏT


Muğam ustası Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş “məlumat saatı” təşkil edilib

Bakı, 9 fevral, AZƏRTAC

Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxana filialının əməkdaşı Hilanə Babayeva Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri üçün muğam ustası Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş “məlumat saatı” keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, şagirdlərə muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin ömür yolu və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyev Xalq artisti Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb və bu il ölkəmizdə bu münasibətlə silsilə tədbirlər keçiriləcək.

Bildirilib ki, nadir və gözəl səsə malik Seyid Şuşinskinin xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. Ustad onu “Şərq musiqisinin incisi” adlandırıb.

Seyid Şuşinski “Çahargah”, “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib və onları yeni variantda oxuyub. “Rast”, “Kürdi-Şahnaz” və “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa edib.

Sonra şagirdlər Seyid Şuşinskiyə həsr olunmuş kitablarla tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.