İQTİSADİYYAT


“Muğanbank”dan pensiyaçılara xoş xəbər

Bakı, 19 fevral (AZƏRTAC). “Muğanbank” pensiyaçılar üçün “Qayğısız təqaüdçü” kreditinin şərtlərində yenilik etmişdir. Yeni şərtlərə görə kredit almaq üçün maksimum yaş həddi 70-dən 75-dək artırılmışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, “Qayğısız təqaüdçü” kreditini əldə etmək üçün sadəcə Dövlət Sosial Müdafiə Fondundan arayış və şəxsiyyət vəsiqəsi kifayətdir. Kreditin əsas üstünlüklərindən biri də onun 10 min manatadək və zaminsiz olmasıdır.

Pensiyaçılar “Qayğısız təqaüdçü” kreditini “Muğanbank”ın istənilən filialından operativ, rahat və qısa müddət ərzində ala bilərlər.

Ətraflı məlumatı http://www.muganbank.az/retail/loans/types-of-loans/ saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.