CƏMİYYƏT


“Muğanbank”ın Mingəçevir filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

“Muğanbank”ın Mingəçevir filialında yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Bakı, 17 mart, AZƏRTAC

“Muğanbank” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında yol verilmiş qanun pozuntuları barədə şəhər prokurorluğunda araşdırma aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı filialın sabiq direktoru Vüqar Əsgərovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ona etibar olunan xeyli miqdarda pul vəsaitini mənimsəməsi və rəsmi sənədlərin məzmununa yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.