REGİONLAR


Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 85,6 kilometr olan yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Şose üzərində olan 8 körpüdən 5-i dörd zolağa uyğun genişləndiriləcək, 3-ü isə şosenin dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilərək tikiləcək.

Layihənin məqsədlərinə hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafı daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.